Hər zaman mükəmməlliyə doğru

“MİTSULİFT” şirkətinin rəhbəri: Prezidentin Sərəncamı liftlərdə qəza hallarının qarşısının alınması baxımından həyati əhəmiyyət daşıyır

“MİTSULİFT” şirkətinin rəhbəri Afiq Baxışovun liftlərdə təhlükəsizlik və ilkin təxliyə, nasazlıqlar yaranarkən və qəza halları baş verərkən təxliyənin düzgün təşkili, həmçinin bu sahədə texniki araşdırmalar barədə müsahibəsini təqdim edirik.

– Liftlərdə təhlükəsizlik və ilkin təxliyə necə təmin olunur?

– Müasir binalarda liftlər gündəlik həyatın ayrılmaz hissəsidir və minlərlə insanın təhlükəsiz daşınmasını təmin edir. Bununla belə, elektrik enerjisinin kəsilməsi, texniki nasazlıq və ya yanğın siqnalının işə düşməsi kimi vəziyyətlərdə liftdəqalma riski mövcuddur. Belə hallarda düzgün təşkil olunmuş təxliyə prosesi insanların sağlamlığı, həyatı və psixoloji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı liftlərdə qəza hallarının qarşısının alınması baxımından həyati əhəmiyyət daşıyır. Sərəncamdan irəli gələrək 7 şəhərdə lift təsərrüfatının yenilənməsi və gücləndirilməsi, köhnə və nasaz liftlərin dəyişdirilməsi, yeni liftlərin quraşdırılması məqsədilə 9 milyon 940 min manat vəsait ayrılıb. Bu tədbirlər sakinlərin təhlükəsizliyinin artırılması, texniki xidmətin keyfiyyətinin yüksəldilməsi və fövqəladə halların qarşısının alınması baxımından önəmlidir.

– Liftlərdə nasazlıqlar yaranarkən və qəza halları baş verərkən təxliyənin düzgün təşkili niyə vacibdir?

– Bu kimi hallarda liftin qapılarının özbaşına açılması və ya kabinadan sərbəst şəkildə çıxmağa cəhd etmək çox təhlükəlidir. Belə ki, bu cür davranış şaxtaya düşmə və ağır xəsarət alma, təşviş və kəskin psixoloji stres, kabina və liftin mexanizmlərinin əlavə zədələnməsi, insanın sıxılı qalması kimi təhlükələr yaradır. Peşəkar və planlı təxliyə isə prosesin təhlükəsiz, sakit və nəzarət altında icrasına imkan verir. Qanunvericiliyə əsasən, liftdə qalan insanların təxliyəsi lift sahibinin təyin etdiyi məsul şəxs və lift bələdçisi, həmçinin liftə xidmət edən lisenziyalı operator tərəfindən həyata keçirilir. Bu şəxslərin hər birində liftin açarı olmalıdır. Binalarda quraşdırılmış liftlərin girəcəyində texniki və qəza xidməti heyəti ilə əlaqə nömrəsinin əks olunduğu lövhə asılmalıdır. Liftin içərisində ondan istifadə qaydaları haqqında məlumat, eyni zamanda, rabitə düyməsi olmalıdır. Liftdə qalan insanlar həmin əlaqə nömrəsi və rabitə düyməsi vasitəsilə liftin texniki və qəza xidməti heyəti ilə əlaqə saxlamalıdırlar.

 

Təbii və texnogen fəlakətlər zamanı xilasetmə əməliyyatlarını isə Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

Təxliyənin mərhələləri:

– Xəbərdarlıq və əlaqə qurulması (liftdə qalan şəxslə danışılır və təşviş aradan qaldırılır);

– Elektrik təchizatının idarəolunması (lift təhlükəsiz rejimə keçirilir);

– Kabinənin mövqeyinin müəyyənləşdirilməsi;

– Qapıların xüsusi açarlarla açılması (yalnız peşəkar texnik tərəfindən);

– İnsanların çıxarılması və tibbi nəzarət (uşaqlar, yaşlılar və xəstələr birinci təxliyə olunurlar).

Bu zaman qapını zorla açmağa çalışmayın, kabinadan tullanmayın, telefonla 112-yə məlumat verin, panikaya düşməyin və yönləndirmələri dinləyin.

– Texniki araşdırmalar nə deyir?

– Beynəlxalq araşdırmalara görə, xüsusilə NIST-in “The Use of Elevators for Evacuation in Fire Emergencies in International Buildings” texniki hesabatında göstərilir ki, yüksəkmərtəbəli binalarda yalnız pilləkənlə təxliyə uzun çəkir. Lift + pilləkən kombinasiyası (50 faiz + 50 faiz) təxliyə vaxtını 40 faizə qədər azaldır. Evakuasiya liftləri üçün binanın strukturu xüsusi şəkildə layihələndirilməlidir. Lift şaxtası, lobbi, maşın otağı və elektrik sistemi yanğından, tüstüdən, sudan və tozdan qorunmalıdır. Sadəcə lift quraşdırmaq kifayət deyil, təhlükəsizlik sistemi planlı şəkildə qurulmalıdır.

Ölkəmizdə 2019-cu ildən fəaliyyət göstərən “MİTSULİFT” şirkəti “Mitsubishi” markalı liftlərin quraşdırılmasını, texniki xidməti və təmirini həyata keçirir. Liftlərlə bağlı bədbəxt hadisələr çox vaxt keyfiyyətsiz məhsul seçildikdə və ya texniki xidmətə laqeyd yanaşıldıqda baş verir. Bəzi sahibkarlar qısamüddətli qənaət üçün ucuz və keyfiyyətsiz liftlər alırlar, nəticədə isə daha böyük ziyanlarla üzləşirlər. İldə ən azı bir dəfə Fövqəladə Hallar Nazirliyinin ekspertləri tərəfindən texniki baxış keçirilməlidir.

Qeyd edək ki, “MİTSULİFT” şirkəti ehtiyat hissəli, ehtiyat hissəsiz və VIP – tam təminat olmaqla üç növ texniki xidmət müqaviləsi təklif edir. Liftlərdə təxliyənin düzgün təşkil olunması yaşayış və ictimai binalarda təhlükəsizliyin əsas elementidir. Peşəkar texniki nəzarət, dövlət dəstəyi və sakinlərin maarifləndirilməsi insanların həyatını qoruyur. “MİTSULİFT” şirkətinin həyata keçirdiyi xidməti layihələr çərçivəsində lift bələdçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və təhlükəsizlik standartlarına uyğun fəaliyyətinin təmin edilməsi məqsədilə mütəmadi təlim proqramları təşkil olunur. Bu proqramlar çərçivəsində lift bələdçiləri fövqəladə hallar zamanı davranış qaydaları, sərnişinlərin təhlükəsizliyinin qorunması, ilkin təxliyə prosedurları və müvafiq normativ tələblər üzrə nəzəri və praktik təlimlərdən keçirilir. Təlimlər ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılır, real əməliyyat ssenariləri üzrə praktiki məşqlər təşkil olunur, iştirakçıların bilik və bacarıqları qiymətləndirilir. Təlim proqramını uğurla tamamlayan lift bələdçiləri müvafiq sertifikatlarla sertifikatlaşdırılır və onların peşəkar hazırlıq səviyyəsi dövri olaraq yenilənir. Bu tədbirlər xidmət keyfiyyətinin artırılmasına, sərnişin məmnuniyyətinin yüksəldilməsinə və obyektlərdə təhlükəsizlik tələblərinin tam şəkildə təmin edilməsinə yönəlib.

Bildirək ki, artıq “MİTSULİFT” MMC-nin mütəxəssislərinin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayan “peşə və kvalifikasiya standartlarının reyestri”ndə (“Liftlərin texniki xidmət və təmiri üzrə işçi”) yer alır.

Qaynar xətt: (+994)70-535-50-50

Biz MİTSULİFT MMC – Yaponiya və Tayland istehsalı olan Mitsubishi markalı lift və eskalatorların elektro/mexaniki quraşdırılmasını, hər tərəfli “Texniki xidmət” işlərini, proqram təhcizatını və ehtiyyat hissələrinin təminatını həyata keçiririk.
Bu işləri həyata keçirmək üçün – Azərbaycan Respublikasının Qanunlarına müvafiq Lisenziya, Mitsubishi zavod sənədlərinə (elektro/mexaniki çertyoj, proqram cədvəli, “ERROR LİST” jurnalı, xüsüsi və sistematik “Standart” xidmət kitabı, əks yük və qaldırıcı yükün qabiliyyət sertifikatı, əyləc sistem sertifikatı, avadanlıqların passportla təminat sertifikatları və s.)

Maddi-texniki bazaya, orijinal ehtiyyat hissələrinə, yerli və xarici mühəndis və texniki heyyətinə sahiblik.

Xidmətimizdə olan Layihələr

BAKI BEYNƏLXALQ AVTOVAĞZAL KOMPLEKSİ :

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin OUTLET ticari hissəsində – bir neçə vaxt idi ki, yağış suları xidmətimizdə olan Eskalatorların üzərinə axaraq , bizə çətinliklər yaradırdı. Şirkətimiz tərəfindən tədbir görüldü və Escalatroların üzəri POLİKARBONAT ULTRAMARİN materialları ilə örtüldü. ƏLHƏMDULİLLAH … Buda sizin bizə etdiyiniz inam və etibarın TƏSDİQLİ nümunəsi … Avtovağzal Rəhbərliyinədə öz dərin Təşəkkürümüzü bildiririk .

” BEYNƏLXALQ AVTOVAĞZAL KOMPLEKSİ “

XİDMƏTİMİZDƏ OLAN LAYİHƏDƏ , AŞAĞI və YUXARI HƏRƏKƏT EDƏN ESKALATORLARIN ÜST ÖRTÜKLƏRİNİN ÖRTÜLMƏSİ VƏ İŞIQLANDIRMA İŞLƏRİ TAMAMLANDI.
Əlhəmdulillah..!

Gördüyümüz hər işdə məqsədimiz , Müştəri məmnuniyyəti qazanmaq və mükəmməlliyə Nail olmaqdır..!

Hörmətlə : MİTSULİFT MMC

NƏRGİZ MALL :

XİDMƏTİMİZDƏ OLAN LAHİYƏDƏ, TƏYİNATI ÜZRƏ – YÜK – (VFGL / MRL MODEL) LİFTİNİ , ŞİRKƏTİMİZİN DİZAYN HEYYƏTİ MODERNİZATSİYA EDƏRƏK – SƏRNİŞİN – LİFTİNƏ DƏYİŞDİRDİ (ƏLHƏMDULİLLAH)

Şəkillər :
1) LİFTİN VƏ HİSSƏLƏRİN KÖHNƏ VƏZİYYƏTİ.
2) İŞLƏRİN ARDICIL GEDİŞATI .
3) HİSSƏLƏRİN QURAŞDIRILMASI.
4) TƏMİR – BƏRPA.
5) NƏTİCƏ – TAM DİZAYN FORMASI .