Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.
Dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı bu bayram münasibətilə çoxsaylı “MİTSULİFT” ailəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, dövlətimizə əmin-amanlıq və rifah arzulayıram. Milli-mənəvi dəyərlərimizin xalqımızın mədəni inkişafında müstəsna rol oynaması üçün daim çalışan ulu öndər Heydər Əliyevin bu şərəfli missiyasını bu gün Prezident İlham Əliyev də uğurla davam etdirir, dövlətçilik siyasətində müqəddəs mənəvi dəyərlərə daim yüksək qiymət verir, xüsusilə birlik və həmrəyliyin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır. Qoy, bu gözəl bayram ölkəmizə, vətəndaşlarımıza, sülh, əmin-amanlıq, səadət, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət gətirsin!
Artıq 5 ildir ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə – Zəfər günü Odlar yurdu Azərbaycanımıza əbədi bir bahar gətirib. Bu baharı bizə gətirən şəhidlərimizə-işğaldan azad edilmiş torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarında canlarını qurban vermiş oğullarımıza Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq.
Şəhidlərin, qazilərin, müharibə veteranlarının – Azərbaycanımızın döyüşən igid oğul və qızlarının sayəsində uzun illərdən sonra soydaşlarımız doğulub-böyüdükləri torpaqları ziyarət edə bildilər. Doğma Qarabağımıza – Şuşaya, Xankəndiyə, Xocalıya, Ağdama, Cəbrayıla, Qubadlıya, Ağdərəyə və digər işğaldan azad olunmuş torpaqlara gedə bildilər. İşğaldan azad edilmiş torpaqlarımızda qalanan bayram tonqalları neçə illik yurd həsrətimizə, nisgilimizə son qoydu, qəlblərdəki doğma yurd həsrətinin buzlarını əritdi, bir daha düşmənə mənəvi zərbə vurdu, şəhidlərimizin ruhu şad oldu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2021-ci ildə Şuşadan – Cıdır düzündən, 2022-ci ildə Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsindən, 2023-cü ildə Talış kəndindən, 2024-cü ildə isə Xankəndidən Azərbaycan xalqını təbrik edib bayram tonqalını yandırdı.
İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanırıq ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.
Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.
Qoy bir daha çatılan tonqallarımız sönməsin!
Dərin hörmətlə,
Afiq Baxışov
“MİTSULİFT” şirkətinin direktoru
Biz MİTSULİFT MMC – Yaponiya, Tayland, Koreya və Şanxay istehsalı olan MİTSUBİSHİ markalı bütün model lift və eskalatorların elektro/mexaniki quraşdırılmasını, hər tərəfli “Texniki xidmət” işlərini, proqram təhcizatını və ehtiyyat hissələrinin təminatını həyata keçiririk.
Bu işləri həyata keçirmək üçün – Azərbaycan Respublikasının Qanunlarına müvafiq Lisenziya, Mitsubishi zavod sənədlərinə (elektro/mexaniki çertyoj, proqram cədvəli, “ERROR LİST” jurnalı, xüsüsi və sistematik “Standart” xidmət kitabı, əks yük və qaldırıcı yükün qabiliyyət sertifikatı, əyləc sistem sertifikatı, avadanlıqların passportla təminat sertifikatları və s.)
Maddi-texniki bazaya, orijinal ehtiyyat hissələrinə, yerli və xarici mühəndis və texniki heyyətinə sahiblik.
BAKI BEYNƏLXALQ AVTOVAĞZAL KOMPLEKSİ :
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin OUTLET ticari hissəsində – bir neçə vaxt idi ki, yağış suları xidmətimizdə olan Eskalatorların üzərinə axaraq , bizə çətinliklər yaradırdı. Şirkətimiz tərəfindən tədbir görüldü və Escalatroların üzəri POLİKARBONAT ULTRAMARİN materialları ilə örtüldü. ƏLHƏMDULİLLAH … Buda sizin bizə etdiyiniz inam və etibarın TƏSDİQLİ nümunəsi … Avtovağzal Rəhbərliyinədə öz dərin Təşəkkürümüzü bildiririk .
” BEYNƏLXALQ AVTOVAĞZAL KOMPLEKSİ “
XİDMƏTİMİZDƏ OLAN LAYİHƏDƏ , AŞAĞI və YUXARI HƏRƏKƏT EDƏN ESKALATORLARIN ÜST ÖRTÜKLƏRİNİN ÖRTÜLMƏSİ VƏ İŞIQLANDIRMA İŞLƏRİ TAMAMLANDI.
Əlhəmdulillah..!
Gördüyümüz hər işdə məqsədimiz , Müştəri məmnuniyyəti qazanmaq və mükəmməlliyə Nail olmaqdır..!
Hörmətlə : MİTSULİFT MMC
NƏRGİZ MALL :
XİDMƏTİMİZDƏ OLAN LAHİYƏDƏ, TƏYİNATI ÜZRƏ – YÜK – (VFGL / MRL MODEL) LİFTİNİ , ŞİRKƏTİMİZİN DİZAYN HEYYƏTİ MODERNİZATSİYA EDƏRƏK – SƏRNİŞİN – LİFTİNƏ DƏYİŞDİRDİ (ƏLHƏMDULİLLAH)
Şəkillər :
1) LİFTİN VƏ HİSSƏLƏRİN KÖHNƏ VƏZİYYƏTİ.
2) İŞLƏRİN ARDICIL GEDİŞATI .
3) HİSSƏLƏRİN QURAŞDIRILMASI.
4) TƏMİR – BƏRPA.
5) NƏTİCƏ – TAM DİZAYN FORMASI .